Azərbaycan şərablarının satışı sahəsində problemlər var.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan aydın görünür.
ELƏCƏ DƏ BAX: Rusiya Azərbaycan pomidorlarını ölkəyə buraxmayıb
Keçən ilin yanvar-oktyabr aylarında 0,4 min dekalitr şərab istehsal edilib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 63,6 faiz az olub. Ancaq 2017-ci ilin noyabrın 1-nə anbarlarda bundan 10 dəfəyə qədər çox – 3,9 min dekalitr şampan şərabı olub. Keçən ilin 10 ayında üzüm şərabının istehsalı isə 19,1 faiz artaraq 833,4 min dekalitrə çatsa da, noyabrın 1-nə anbarlara bundan 21 faiz çox- 1054,3 min dekalitr hazır məhsul qalıb.
Bu ilin yanvar-oktyabr aylarında keçən illə müqayisədə şampan şərabın istehsalında kəskin artım olsa da, satışda vəziyyətdə ciddi dəyişiklik qeydə alınmayıb. Beləliklə, 2018-ci ilin yanvar-oktyabr aylarında 1,2 min dekalitr şampan şərabı istehsal edilib ki, bu da 2017-ci illə müqayisədə 3 dəfə çoxdur. Lakin bu il noyabrın 1-nə anbarlarda istehsal edilən məhsuldan 15 faizə qədər çox – 1,4 min dekalitr olub.
Bu ilin yanvar-oktyabr aylarında üzüm şərabının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 39,8 faiz artaraq 1 164,7 min dekalitrə çatıb. Lakin noyabrın 1-nə anbarlarda 988,5 min dekalitr hazır məhsul olub ki, bu da istehsal edilən məhsulun 85 faizinə yaxındır.
İstehsalı artır, satışı – QAN QARALDIR
19:08
10 Dek 2018