İstanbul Ticarət Palatası (İTO) may ayı qiymət indekslərini açıqlayıb.
Eləcə də bax: Türkiyənin xarici ticarət dövriyyəsi 200 milyard dolları - KEÇİB
FED.az xəbər verir ki, İstanbulda pərakəndə satış qiymətləri may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 87,35% artıb.
İstanbul Ticarət Palatasının (İTO) məlumatına görə, bu artım 1998-ci ildən bəri ən yüksək artımdır.
Qiymətlər aprel ayı ilə müqayisədə isə 5,84% artıb.
ITO məlumatlarına görə, may ayında illik topdansatış qiymətləri 79,12%; aylıq müqayisədə isə 5,76% yüksəlib.
May ayında qiymətlər əvvəlki ayla müqayisədə mədəniyyət, təhsil və əyləncə üzrə 12,15 faiz, mənzil üzrə 7,22 faiz, geyim üzrə 6,92 faiz, ərzaq məhsulları üzrə 4,97 faiz artıb. (Marja)