Yaxın zamanlarda İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılacağı planlaşdırılır.
Eləcə də bax: Zəngilanda böyük camış ferması tikiləcək, pendir - İstehsal Ediləcək
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla ilə İsrail hökumətləri arasında Birgə Komissiyanın 2-ci iclasında çıxış edərkən deyib.
O, dövlət başçılarının siyasi iradəsinin, iki ölkənin böyük iqtisadi potensialının əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. İsrailin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən iqtisadiyyat naziri qarşılıqlı ticarət dövriyyəsinin artırılması, strukturunun şaxələndirilməsi barədə fikirlərini bölüşüb.
Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyini qeyd edib.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi M. Cabbarov və Q. Aşkenazi imzalayıblar. Sənəddə enerji, səhiyyə, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, qida təhlükəsizliyi, standartlaşdırma, su təsərrüfatı, turizm, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. (Apa)