İspaniya Hökuməti Azərbaycan və İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyini qeyd edir.
İspaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İspaniya hökuməti, hökumətlər arasında yüksək səviyyəli əlaqələr, o cümlədən ali təhsil, mühəndislik, kənd təsərrüfatı və ya dəniz nəqliyyatı kimi sahələrdə təcrübə mübadiləsi sayəsində bu 25 il ərzində diplomatik münasibətlərin müsbət cəhətdən inkişafı münasibətilə təbrik edir.
İspaniya Hökuməti, həm ikitərəfli, həm də beynəlxalq qurumlar vasitəsilə, xüsusilə də Avropa Qonşuluq Siyasəti çərçivəsində xalqlar arasında yaxınlaşmanı arzulayaraq, hər iki ölkəni birləşdirən əlaqələrin möhkəmləndirilməsinə davam etmək niyyətindədir. İspaniya Hökuməti ikitərəfli münasibətlər üçün belə bir xüsusi gündə dost Azərbaycan xalqına sülh, rifah və çiçəklənmə arzulayır.