Azərbaycanda istehsal olunan məhsullardan dəyərinin hər 5 ABŞ dollarından 1-i sənaye zonalarının payına düşür.
FED.az xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, digər türkdilli ölkələrdə də bu tip təcrübə var: "İşğaldan azad edilmiş ərazilərin bərpasına həsr olunmuş biznes forum olacaq. Bu tədbirə həm də şirkətlər qoşulub. Pandemiya çərçivəsində atılan bu addımı yüksək qiymətləndiririk. Əminəm ki, onlar bu tədbirdə özlərinin kommersiya imkanlarını müəyyən edəcəklər". (Report)