«Caspian European Club»un üzvləri “Ulduz” şokolad fabrikində biznes-turda olublar. Bu barədə FED.az-a «Caspian European Club»un direktoru Telman Əliyev məlumat verib.
Qeyd edək ki, ölkənin ən keyfiyyətli şirniyyat istehsalçılarından olan «Ulduz» şokolad fabriki Azərbaycanda 19 ildir ki, fəaliyyət göstərir. «Bizim bir çoxumuz uşaq vaxtı şokolad fabrikində olmağı arzulayırdıq. Hətta böyüyəndən və uğurlu biznesmen olduqdan sonra da bir çoxu “Ulduz” şokolad fabrikində şokolad və şokolad məhsullarının tam ishesalat prosesini maraqla müşahidə ediblər», - deyə T.Əliyev bildirib.
İnteraktiv formatda biznes-tur iştirakçılarına fabrikin fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə «Caspian European Club» üzvlərinin «Veysəloğlu» şirkətlər qrupunun prezidenti Aydın Talıbov, «Ulduz» şokolad fabrikinin direktoru Ələddin İsmayılov və «Veysəloğlu» şirkətlər qrupunun rəhbərliyinin digər nümayəndələri ilə görüşü təşkil olunub.
«Veysəloğlu» şirkətlər qrupunun prezidenti Aydın Talıbov biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb və «Ulduz» şokolad fabrikində istehsal olunan məhsulların təkmilləşdirilməsi və tanıdılması ilə bağlı təklifləri nəzərdən keçirib. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər, ilkin razılaşmalar əldə olunub.
«Biznes-turlarımızın bütün iştirakçılarının istehsalat obyektlərinə başçəkmədən sonra yerli istehsalçıların məhsullarına qarşı fikirlərinin dəyişməsi, “Made in Azerbaijan” brendi altında çıxan məhsulları məmnuniyyətlə əldə etmələri, öz dostları və tanışları arasında təbliğ etmələri xüsusilə sevindiricidir» - deyə Telman Əliyev söyləyib.
İş adamları «Veysəloğlu»nun rəhbərliyi ilə görüşüblər
11:34
18 İyun 2019