İranda makaron, şəkər və konservləşdirilmiş tuna balığı bahalaşıb.
FED.az xəbər verir ki, bunu İranın Bazarın Tənzimlənməsi Komitəsinin katibi Abbas Qubadi deyib.
A.Qubadinin sözlərinə görə, builki büdcəyə əsasən buğdanın şirkətlərə və əlaqədar sənayeyə satışı 9,5 min rialdan (rəsmi məzənnə ilə 0,22 dollar, qara bazar məzənnəsi ilə 0,06 dollar) 18,5 min riala qədər (rəsmi məzənnə ilə 0,44 dollar, qara bazar məzənnəsi ilə 0,12 dollar) artıb.
Eləcə də bax: Çindən ABŞ-a cavab - ABŞ MƏHSULLARINA VERGİNİ QALDIRDI
Komitə katibi əlavə edib ki, bundan əlavə əlmuzdu xərcləri də artıb. Bu da makaronun qiymətinin bazarda 70% artmasına gətirib çıxarıb.
Konservləşdirilmiş tuna balığının 50-60%-nin idxal yolu ilə ölkəyə gətirildiyini deyən A.Qubadi bildirib ki, 42 min riallıq valyuta ilə idxal olunan konserv qabları artıq NIMA sistemi ilə idxal edilməkdədir. Bütün bunlar konservləşdirilmiş tuna balığının qiymətinin artmasına səbəb olub.
İranda hal-hazırda 180 qramlıq 1 konserv tuna balığının qiyməti 85-350 min rial (rəsmi məzənnə ilə 2,02-8,33 dollar, qara bazar məzənnəsi ilə 0,56-2,33 dollar) arasında dəyişir.
700 qramlıq makaron isə 21-135 min rial (rəsmi məzənnə ilə 0,5-3,21 dollar, qara bazar məzənnəsi ilə 0,14-0,9 dollar) arasındadır.
900 qramlıq şəkərin qiyməti 40-150 min rial (rəsmi məzənnə ilə 0,95-3,57 dollar, qara bazar məzənnəsi ilə 0,26-1 dollar) arasındadır.