İranda çörək və dərman preparatlarının qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, çörəyin qiymətində artım təqribən 15 faiz təşkil edir.
Çörək bişirmə sexləri bu gündən yeni qiymətlərlə çörək satır. Çörəyin qiyməti 3 il ərzində sabit qalıb.
Dərman preparatlarının bahalanmasına gəldikdə isə İran Səhiyyə Nazirliyinin dərman və ərzaq məhsulları üzrə təşkilatının rəhbəri Qulamrza Əsğəri deyib ki, artım 15 növ dərman preparatını əhatə edib. Onun sözlərinə görə, bunun səbəbi inflyasiyadır.
Dərman preparatlarının qiymətinin 9 faiz artacağı gözlənilir. Hazırda müvafiq artım 3 faiz təşkil edir.
İranda dərman və çörək bahalaşıb
16:34
22 Noy 2017