Tehran Ticarət və Sənaye Palatasının sədri Məsud Hansari, İranda keçən il adambaşına düşən milli gəlirin son 15 ilin ən aşağı səviyyəsinə gerilədiyini bildirib.
Eləcə də bax: Ukraynada minimum əməkhaqqı artırıldı – MƏBLƏĞ
FED.az xəbər verir ki, Hansari Twitter hesabından etdiyi paylaşmada, "Keçən il adambaşına düşən milli gəlir 4 milyon 700 min tümənə (təxminən 210 dollar) geriləyib. Bu rəqəm 2004-cü ildən bu yana ən aşağı səviyyədir", -bildirib.
Hansari, bu il də iqtisadiyyat azalarsa adambaşına gəlirin daha da düşəcəyini qeyd edib. (Marja)