FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin 9 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 148,7 milyon manat vəsait yönəldilib. Komitə əsas kapitala yönəlmiş vəsaitlərin azalmasının səbəbini neft sektoruna yatırılmış investisiyaların aşağı düşməsi ilə izah edir.
Əsas kapitala yönəlmiş vəsiatlərin aşağıdakı maliyyə mənbələri üzrə yönəlib: Cədvəl
Sahələr | 2018-ci yanvar-sentyabr | Əvvəlki ilin müvafiq dövrünə nisbəti %-lə |
Müəssisə və təşkilatların vəsaitləri | 5185,9 milyon | 66.8 |
Bank kreditləri | 1381,9 milyon | 98.2 |
Büdcə vəsaitləri | 2611,7 milyon | 179.4 |
Büdcədənkənar fondların vəsaitləri | 186,1 milyon | 111.9 |
Əhalinin şəxsi vəsaitləri | 713,5 milyon | 119.7 |
sair vəsaitlər | 69,6 milyon | 91.8 |
Cədvəldən aydın olur ki, sərmayələrdə azalma, əsasən, müəssisə və təşkilatlar və bank kreditləri üzrə müşahidə olunur.
Hesabata görə, ümumi sərmayənin 51,6 faizi dövlət, 48,4 faizi qeyri- dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Ümumi sərmayədən;
- Məhsul istehsalı obyektlərinin tikintisinə 7 milyard 032,5 milyon manat və ya 69,3 faizi
- Xidmət sahəsi obyektlərə 2 milyard 270,1 milyon manatı və ya 22,4 faizi
- Yaşayış evlərinin tikintisinə isə 846,1 milyon manatı və ya 8,3 faizi yönəlib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 60,7 faizini təşkil edib.
2018-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,3 faizi sənaye, 20,8 faizi tikinti, 13,1 faizi nəqliyyat və anbar təsərrüfatı, hər birində 2,6 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4 faizi informasiya və rabitə, 1,4 faizi səhiyyə, 1,3 faizi təhsil, hər birində 0,4 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,1 faizi isə maliyyə və sığorta sahələrinə sərf edilib.