İsveç Milli Bankının 2022-ci il İqtisadiyyat Elmləri üzrə Alfred Nobel Memorial Mükafatı banklar və maliyyə böhranları ilə bağlı araşdırmalarına görə Ben Bernanke, Douglas Diamond və Philip Dybvig-ə verilib.
Eləcə də bax: İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri - AÇIQLANIB
FED.az xəbər verir ki, Laureatların elan edilməsi mərasimi Nobel mükafatının rəsmi saytında canlı yayımlanıb.
Elmi göstəricilərə əsaslanaraq potensial Nobel mükafatçılarının adlarını çəkən Clarivate bu il Çikaqo Universitetindən James A. Robinson, Daron Acemoğlu və Massaçusets Texnologiya İnstitutundan Saymon Consonun rəhbərlik etdiyi səkkiz yeni potensial iqtisadi Nobel mükafatçısını öz siyahısına əlavə edib. Hər üçü siyasi və iqtisadi institutların ölkənin inkişafına necə təsir etdiyini təhlil edib. Robinson və Acemoğlu öz araşdırmalarına əsaslanaraq “Niyə bəzi ölkələr zəngin, digərləri isə kasıbdır” kitabını yazıblar.
2021-ci il Nobel Mükafatı Devid Karda empirik əmək bazarı iqtisadiyyatına verdiyi töhfələrə görə, Coşua Anqrist və Qvido İmbensə isə səbəb-nəticə təhlili metodologiyasına töhfələrinə görə verilib.
2020 İqtisadiyyat Mükafatı auksion nəzəriyyəsi və yeni auksion formatlarının ixtirasına görə Paul Milqrom və Robert Wilsona verildi. Qaliblər hərracların necə işlədiyini araşdırıb və ənənəvi üsullarla çətin satılan mal və xidmətlərin satışı üçün yeni auksion formatları hazırlayıblar.