İqtisadiyyat Nazirliyi sənaye parkının qeyri-rezidentlərinin sənaye parkında həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növlərinin siyahısını təsdiq edəcək.
FED.az xəbər verir ki, , bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, nazirlik həmçinin, sənaye parkının qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin (sahələrinin) icarə müqaviləsinin nümunəvi formasını müəyyən edəcək.