Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Gömrükdə yeni Qaydalar –TƏSDİQLƏNDİ
FED.az-ın məlumatına görə, fərmana əsasən İqtisadiyyat Nazirliyinə yeni hüquq verilib.
Beləliklə, İqtisadiyyat Nazirliyi operatoru olduğu “Lisenziyalar və icazələr” portalı vasitəsilə lisenziyaların və icazələrin verilməsi ilə bağlı Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən məlumatlar ala biləcək.
İqtisadiyyat Nazirliyinə yeni hüquq verildi - FƏRMAN
20:51
21 Dek 2018