İqtisadiyyat Nazirliyi "Regionların inkişafına dəstək proqramı" çərçivəsində daha bir açıq tender elan edib. Fed.az-ın verdiyi xəbərə görə, tender "Xüsusi iqtisadi zonaların inkişaf etdirilməsinə dəstək layihəsi"nə dair keçirilir.
Tenderdə iştirak haqqı 3 min manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 30-na qədər, tender təklifi və bank təminatını isə dekabrın 9-na qədər nazirliyə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) təqdim etməlidirlər.
Təkiflərə dekabrın 12-də, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. Təkliflər nəzərdən keçirilərkən qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusuyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlara üstünlük veriləcək.