İqtisadiyyat Nazirliyi xüsusi iqtisadi zonaların (XİZ) inkişafına dəstək üçün "Ekvita Consulting/DMI Associates” şirkətlər konsorsiumunu seçib.
Nazirlikdən verilən məlumata görə, təkliflər qiymətləndirildikdən sonra “Ekvita Consulting/DMI Associates” şirkətlər konsorsiumu xüsusi iqtisadi zonaların inkişafına dəstək layihəsi çərçivəsində açıq tenderin qalibi elan edilib. İqtisadiyyat Nazirliyi və konsorsium arasında müqavilə bağlanıb.
Tender “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində keçirilib.