İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək qrant proqramı” çərçivəsində "Sahibkarlar üçün biznes inkubatorlarının inkişaf etdirilməsinə dəstək" layihəsinə dair açıq tender elan edib.
Tenderdə iştirak haqqı 2 500 manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 28-nə qədər, tender təklifini və bank zəmanərini isə dekabrın 7-nə qədər nazirliyə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84, Hökumət evi) təqdim etməlidirlər.
Təkliflərə dekabrın 8-i, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. Təkliflərin qiymətləndirilməsində əsasən qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlara üstünlük veriləcək.