İqtisadiyyat Nazirliyi qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə baxacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, əvvəl bu səlahiyyət Energetika Nazirliyində idi.