İqtisadiyyat Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin 94,13 hektarlıq ərazisində xarici elektrik təchizatı sisteminin çəkilişi işlərinin satın alınması məqsədi ilə elan etdiyi açıq tenderin müddətini uzadıb.
İddiaçılar tender təklifini və bank zəmanətini noyabrın 8-nə qədər, digər sənədləri isə oktyabrın 28-nə qədər şirkətin Bakı şəhəri, Xocalıprospekti,37 ("Demirchi Tower") ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.
Tender təkliflərinə noyabrın 10-da saat 17:00-da adı çəkilən ünvanda baxılacaq.
Report©