Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisində 10 noyabr - 12 noyabr 2017-ci il tarixlərində keçiriləcək “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 29 iyul 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).
Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə;
• nümayiş olunacaq məhsulların siyahısı;
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər aşağıdakı ünvan üzrə 4 iyul 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.