Bu gün 2019-cu ilin yekunları ilə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov mətbuat konfransı keçirir.
FED.az xəbər verir ki, çıxışı zamanı nazir bildirib ki, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2%, qeyri-neft sektoprunda isə 3,5% təşkil edib.
Qeyd olunub ki, qeyri-neft sektorunda investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2% 2019-cu ildə 69,7%-ə yüksəlib.