Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.
Bu barədə Fed.az-a İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.
İqtisadiyyat naziri Gürcüstana səfər edəcək
17:31
27 Okt 2016