Martın 5-də Azərbaycan Respublikaası İqtisadi Şuranın iclası keçirilib.
FED.az xəbər verir ki, iclasının gündəliyində Şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub.
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Prezidentin köməkçisi və Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdir Natiu Əmirov, Prezidentin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçiləri xalid Əhədov və Emin Hüseynov, eləcə də Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov iştirak ediblər.
İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bnunla yanaşı Şuranın qərarlarının konkret hansı sahələrə aid olduğu və hansı qərarların verildiyi açıqlanmır.