Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri məlum olub.
Eləcə də bax: İqtisadi Şura haqqında əsasnamə - TAM MƏTN
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
- ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;
- makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;
- iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;
- iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.