Azərbaycanda iqtisadi müğahisələrə məhkəmədən əvvəl mediasiya qaydasında baxılması ilə bağlı yeni qaydanın tətbiqi gələn ilin əvvəlindən başlanacaq.
Eləcə də bax: Azərbaycanın ən çox ticarət etdiyi - MÜSƏLMAN ÖLKƏLƏRİ AÇIQLANIB
FED.az xəbər verir ki, bu «Mediasiya haqqında» qanunv edilən dəyişik nəticəsində baş verib.
Prezident İlham Əliyev sözügedən qanuna dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasəsən iqtisadi mübahisələrin məhkəməyə qədər məcburi olaraq mediasiya qaydasında baxılması əvvəl nəzərdə tutulduğu kimi, bu il iyulun 1-dən deyil, 2021-ci il yanvarın 1-dən başlanacaq.
Qanunun 39-cu maddəsində «2020-ci il iyulun 1-dən» sözləri «2021-ci il yanvarın 1-dən» sözləri ilə əvəz edilib. Bu da o deməkdir ki, iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyaları yalnız gələn ildən məhkəməyə qədər məcburi olacaq.