Son altı ayda qaçaqmalçılıqla bağlı aşkarlanan hallar artıb. Bu da ölkə səviyyəsində iqtisadi cinayət hallarının artması ehtimalını gücləndirir.
FED.az-ın məlumatına görə, bu sözləri İranın İstehsalçılar və İstehlakçılara Dəstək Təşkilatının (Consumers & Producers Protection Organization) sözçüsü Qulamrza Kavə deyib.
Onun sözlərinə görə, 6 ayda qaçaqmalçılıq halları ötən ilin analoji dövrü ilə müqayisədə 24,70 %-dən çox artıb. Ötən il məhsul qaçaqmalçılığı haqda 330 mindən çox hal araşdırılıb. Bu araşdırmalar nəticəsində təxminən 14 milyon dollar dəyərində qaçaqmalçılıqla bağlı 11.263 hal aşkarlanıb və aidiyyəti orqanlara göndərilib.