İpoteka və Kredit Zəmanət Fondu sahibkarlar və şirkətlərə 190 milyon manatlıq kredit zəmanəti təqdim edib.
FED.az xəbər verir ki, bu barədə onlayn görüş zamanı İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, bu məşsula tələbat sürətlə artır və təkcə son bir ayda 60 milyon manatlıq kredit zəmanəti verilib. «Xüsusilə qeyd edə bilərəm ki, indiyədək verilən zəmanətlər üzrə defolt hadisəsi baş verməyib».