Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanın 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində olacağını proqnozlaşdırır.
İdxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur
FED.az xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi artıb, növbəti iki il üçün isə dəyişməz qalıb.
Bank analitikləri 2025-ci ilin III rübündə inflyasiyanın 4,9 % (+0,1 faiz bəndi), IV rübündə isə 5,2 % (+0,1 faiz bəndi) təşkil edəcəyini gözləyirlər.
2026-cı ilin I rübündə ING orta illik inflyasiyanın 5 %, II rübdə 5,3 %, III rübdə 5,3 %, IV rübdə isə 5,7 % səviyyəsində olacağını gözləyir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə isə 4,3 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin iyul ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,7 %, gələn ildə isə 5,3 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini gözləyir.
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır. 2026-cı ildə orta illik inflyasiya fondun gözləntilərinə görə 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.
Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody"s" Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində, "Fitch Ratings" isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 5,6 % təşkil edib. (Report)