Hollandiyanın “ING Bank”ı 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 13% səviyyəsində proqnozlaşdırır.
FED.az İnterfax agentliyinə istinadən xəbər verir ki, bankın proqnozunda qeyd olunduğuna görə, cari il orta illik inflyasiyanı 13%-dək sürətlənəcək. 2018-ci ildə isə orta illik inflyasiyanın 7,2%-dək azalması gözlənilir.
2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta illik inflyasiya 13,5% təşkil edib.
Proqnozlara əsasən, cari ildə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı salmayacaq. “2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək azalacaq”, - deyə bankın anlitikləri qeyd ediblər.
Azərbaycan hökuməti 2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib.