Yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri tərəfindən 716,2 milyon manatlıq xidmət göstərilib.
FED.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin dörd ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,8 faiz artıb.(Azərtac)