Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2018-ci ilin yanvar-noyabr aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 101,8 faiz təşkil edib.
ELƏC DƏ BAX: Azərbaycan iqtisadiyyatı 1% böyüyüb
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri oktyabr ayına nisbətən 1,2 faiz, 2018-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,9 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında qeyri-ərzaq məhsullarının qiymətləri oktyabr ayına nisbətən 0,2 faiz, 2018-ci ilin yanvar- noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,1 faiz, 2018-ci ilin yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz bahalaşıb.
İnflyasiya, bahalaşma olub – RƏSMİ
19:05
17 Dek 2018