"Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodunun səhmlərinin təxminən 40%-i London birjasında İPO üsulu ilə satışa çıxarılacaq.
Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
“Bizim 1-2 şirkətimiz London birjasında İPO keçirtmək istədi. Lakin, bu o qədər uğurlu alınmadı. Hazırda İmişli Şəkər Zavodunun səhmlərinin satışa çıxarılması istiqamətində iş aparılır. Ümid edirik ki, bu addım uğurlu olacaq”.
O əlavə edib ki, İPO-nun keçirilməsi ilə əlaqədar zavodda ciddi audit aparılıb: “Çünki, bilirsiniz ki, səhmlərin İPO üsulu ilə satışa çıxarılması zamanı audit şirkəti ardıcıl 4 il müddətində bu niyyətdə olan şirkətdə audit aparmalıdır. Gözləyirik ki, iki il sonra bu niyyətimizi həyata keçirək”.
Apa©