Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2026-cı il üçün illik inflyasiyanın 6 % təşkil edəcəyini, 2027-ci ildə isə 5,1 %-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
Azərbaycanda martda inflyasiya dəyişməyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Fondun "Dünya iqtisadiyyatının perspektivləri" adlı aprel hesabatına görə, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üzrə inflyasiya proqnozu 0,8 faiz bəndi, 2027-ci il üzrə isə 1,1 faiz bəndi artırılıb.
Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 2025-ci ildə 5,6 % təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 %-ə bərabər olacaq.
BMT bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 2,3 %, Asiya İnkişaf Bankı isə 2026-cı ildə 5,7 % və 2027-ci ildə 4,9 % səviyyəsində gözləyir.
"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" isə 4,6 % səviyyəsində proqnozlaşdırır.
Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5 %, 2027-ci ildə isə 5,5 % səviyyəsində proqnozlaşdırır. (Report)














