Bu ilin III rübündə qızıl qiyməti 3,9%, iqtisadi sarsıntı şəraitində etibarlı aktivlərə olan yüksəl tələbat fonunda isə yanvar-sentyabr aylarında 22% artıb.
FED.az xəbər verir ki, hazırda COMEX-də qızılın bir unsiyasının qiyməti 1 900 dollardan çoxdur.
Cari ilin III rübündə qızıl 3,9% bahalaşıb. Bu müddət ərzində qiymətli metalın dəyəri ilk dəfə 2 min dollar səviyyəsini keçərək 7 avqust tarixində 2 089,2 dollara çatıb və bununla da tarixi bir rekorda imza atıb.
Qızılın da aid edildiyi etibarlı aktivlərə tələbatın artımına qlobal iqtisadiyyatı tənəzzülə uğradan koronavirus pandemiyası səbəb olub. Eyni zamanda, son bir ayda qızılın qiymətinin dinamikasına dolların məzənnəsindəki dalğalanmalar güclü təsir göstərib. Belə ki, son həftə ərzində qızıl aprel ayının əvvəlindən bəri dolların məzənnəsinin rekord sürətlə artması fonunda 5% ucuzlaşıb.
APA