Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlətimizin başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.