"Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.
"Bizim istər nəqliyyat, istərsə də enerji sahəsində təşəbbüskarı olduğumuz layihələr təkcə Azərbaycanda yox, bütün bu layihəyə cəlb olunmuş ölkələrdə minlərlə, on minlərlə iş yeri yaradır. Biz ənənəvi dəyərlərimizə, əcdadlarımızdan bizə miras qalan dəyərlərə sadiq olmağa davam edəcəyik. Budur bizim gücümüzün mənbəyi və biz ənənəvi dəyərlərimizi istənilən xarici müdaxilədən, qloballaşma vasitəsilə Azərbaycanın siyasi və ya iqtisadi inkişafına təsir etmək cəhdlərindən çox fəal şəkildə qoruyuruq. Biz kimliyimizi, müstəqilliyimizi qorumağa davam edəcəyik və rəyi hətta bu gün olduğundan da mühüm olan daha güclü ölkə quracağıq. Baxmayaraq deyə bilərəm ki, hətta bu gün regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu, təkcə coğrafi mövqeyə görə deyil. Düşünürəm ki, ən çox beynəlxalq birliyin hörmətli üzvü olduğumuza görədir. Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir və biz tərəfdaşlarımızı heç vaxt pis vəziyyətdə qoymarıq. Bizimlə danışıqlar aparmaq o qədər də asan məsələ deyil, lakin biz razılaşırıqsa, bu, o deməkdir ki, bu, 100 faiz həyata keçiriləcək. Biz ləyaqətlə yaşayırıq. Biz ölkəmizlə fəxr edirik və gələcəkdə bu müsbət tendensiyaları daha da gücləndirmək istəyirik", - deyə dövlət başçısı bildirib.