Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlində yanvarın 18-27-də keçirilmiş “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisində nümayiş olunub.
ELƏCƏ DƏ BAX: İrandan Azərbaycana gələn gəmidəki mal saxlanıldı – SƏBƏB
İqtisadiyyat Nazirliyindən FED.az-a ` verilən məlumata görə, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Azərbaycanın “Herba Flora” şirkəti Almaniyanın “Herbacon GmbH” və Tramontabio” şirkətləri ilə müalicəvi çayların ixracına, “Babək Sirab” ASC şirkəti və Qətərin “Dandy Company Ltd” şirkəti arasında mineral suların ixracına dair razılığa gəliblər.
İki şirkət Almaniyaya ixraca başlayacaq - RAZILAŞMA
20:28
4 Fev 2019