Mayın 21-də Qubada təşkil edilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iki ölkənin bölgələri arasında iqtisadi əlaqələr olunub, eləcə də ikitərəfli sənədlər imzalanıb.
FED.az xəbər verir ki, rəsmilər və iş adamlarının da iştirak etdiyi forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələri həyata keçirəcək.
Nazir bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Özbəkistan sərmayəsi ilə tekstil müəssisəsi qurulacaq, burada ilkin mərhələdə 400-dən çox iş yeri yaradılacaq.
Bundan əlavə, sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.
Bundan əlavə, Azərbaycanla Özbəkistan arasında, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşıma sektorlarında da əməkdaşlıq planlaşdırılıb.
Forumda Azərbaycanın investisiya potensialı, sərmayədarlar üçün yaradılan imkanlar, işğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat, rabitə və infrastruktur layihələri barədə məlumat verilib.
Görüşdə Azərbaycanın və bir sıra rayonlarının icra başçıları, eləcə də Özbəkistanın bölgələrini rəhbərləri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Daşkənd şəhəri hakiminin müavini Zafarxuja Tursunov, Buxara vilayəti hakiminin müavini Rizo Asadov, Sırdərya vilayəti hakiminin müavini Şoxrux İsakulov təmsil etdikləri rayon və şəhərlərin imkanları, iqtisadi potensialı, həyata keçirilən layihələr barədə məlumat veriblər.
Forumda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin iqtisadi hissəsinin hazırlanmasına dair Yol Xəritəsi, həmçinin Azərbaycan və Özbəkistan arasında Füzuli və Gülüstan, Biləsuvar və Termez, Mingəçevir və Namanqan şəhərlərinin qardaşlaşması barədə sazişlər imzalanıb.
Tədbir çərçivəsində “B2B” formatda görüşlər keçirilib. Forum zamanı Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 4-cü iclası da olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Xaçmazda yerləşən Qafqaz Konserv Zavodunun və “Azərxalça”nın Şabrandakı emalatxanasının fəaliyyəti ilə tanış olublar.
Yüngül sənaye və emal sənayesi sahələrində qabaqcıl təcrübələrin tətbiqi və birgə istehsal müəssisələri qurmaq imkanları müzakirə edilib.