Ölkəyə buğda idxalı azalıb.
FED.az-ın məlumatına görə, bu Dövlət Gömrük Komitəsinin 2018-ci illə əlaqədar açıqladığı statistikada əksini tapıb.
Əgər 2017-ci ildə ölkəyə 1 milyon 274 min 434.18 ton buğda gətirilibsə, 2018-ci ildə bu göstərici 15 faiz azalaraq 1 milyon 80 min 905.51 ton olub.
ELƏCƏ DƏ BAX: Ölkəyə gətirilən 2,5 manatlıq ət – ARTDI
Buğdanın qiymətinə gəlincə, 2017-ci ildə ölkəyə idxal edilən buğdanın 1 tonunun orta qiyməti 178.2 dollar, bu il isə 190.5 dollar olub. Yəni buğdanın qiyməti 6 faizdən çox bahalaşıb.
Qeyd edək ki, son dövrlər dünyada buğdanın qiymətinin bahalaşması səbəbindən ölkədə çörəyin maya dəyərinə çəkilən xərcin artdığı, bu səbəbdən də çörəyin qiymətinin qaçılmaz olduğu barədə fikirlər səslənir.
İdxalı azalır, qiymət –ARTIR
19:30
17 Yan 2019