2020-ci ildə xarici ticarət ilə məşğul alan şirkətlərin sayı azalıb.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı 637 azalaraq 8251-ə düşüb. 2019-cu ildə 8888 hüquqi şəxs xarici ticarət iştirakçısı idi.
2020-ci ildə xarici ticarət iştirakçısı olan dövlətə məxsus hüquqi şəxslərin sayı 26 şəxs azalaraq 267-yə, özəl süktor hüquqi şəxslərin sayı isə 611 şəxs azalaraq 7984-ə geriləyib.
2019-cu illə müqayisədə 2020-ci ildə xarici ticarət iştirakçılarının cəmi sayı 908 şəxs artaraq 45462 şəxs olub. Artım fiziki şəxs iştirakçıların sayının 1545 artaraq 37211-ə yüksəlməsilə əlaqədardı.