Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov rayonun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətindən şikayətlənib.
ELƏCƏ DƏ BAX: 2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI
FED.az-ın məlumatına görə, icra başçısı bildirib ki, “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən əhalinin, hüquqi və fiziki şəxslərin istiliklə təchizatı sahəsində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq, 141 yaşayış binası istiliklə təmin olunmur.
Əziz Əzizov deyib ki, bu istiqamətdə işlərin sürətləndirilməsi məqsədilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət olunub: “Lakin təəssüflə qeyd olunmalıdır ki, bu ağrılı məsələ hələ də öz müsbət həllini tapmayıb”.