İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi ilə bağlı imzaladığı fərman və sərəncamlarda nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, noyabrın 7-də Nazirlik tərəfindən Horadiz şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib.
Treninqdə iştirakçılara ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.