“Təbii olaraq, dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ərzaq təhlükəsizliyi, idxaldan asılılığın azaldılması məsələlərini daha da aktuallaşdırır”.
Baş nazir: "Ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur"
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Əli Əsədov bildirib ki, Nazirlər Kabineti Azərbaycanda antiinfilyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncamın icrası ilə əlaqədar bir sıra vacib addımlar atır: “Ölkə daxilində satılan un və un məmulatlarının qiymət artımının qarşısını almaq üçün sahibkarlara güzəştlər tətbiq edilir. Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün əsas istiqamətlərdən biridir”. (Apa)