Hindistanın ticarət və sənaye naziri Nirmala Sitharaman Bakıya səfər edəcək.
Xanım nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının IV iclası keçiriləcək.
Səfər çərçivəsində oktyabrın 25-də hindistanlı qonaqlarla yerli sahibkarların görüşü nəzərdə tutulur. Görüşdə ikitərəfli sərmayə qoyuluşu imkanları və digər məsələlər müzakirə ediləcək.