İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı Asiya Beyin Mərkəzlərinin 4-cü Forumunda çıxış etmək üçün 2016-cı il oktyabrın 27-də Hindistanın paytaxtı Dehli şəhərinə səfərə gedib.
Mərkəzdən verilən xəbərə görə, V. Qasımlı forumda Asiyada iqtisadi inkişaf trendləri, o cümlədən Azərbaycanda aparılan iqtisadi islahatlar və Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məruzə edəcək. Eyni zamanda İİTKM-in icraçı direktoru Asiyanın lider beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müzakirələr aparacaq.
Bundan sonra İİTKM Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişafı Forumunda təmsil edəcək.
İİTKM-nin icraçı direktoru ilə yanaşı, foruma Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Pakistan və başqa ölkələrin əsas beyin mərkəzlərinin rəhbərləri, həmçinin Hindistanın maliyyə naziri də qoşulacaq.
Apa©