Hindistan hökuməti gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində şəkərin istehsalının azalması və inflyasiya təzyiqinin qarşısını almaq üçün onun ixracını qadağan etməyi planlaşdırır.
Azərbaycanda şəkər tozu və qənd istehsalı 2%-ə yaxın azalıb
FED.az xəbər verir ki, bu barədə Hindistan hökumətindəki mənbəyə istinadən “Wion” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hazırda ölkədə gözlənilən 27,5 milyon ton daxili istehlak tələbini ödəmək üçün kifayət qədər şəkər var, lakin bu il ştat seçkiləri və gələn il Lok Sabha (Hindistan parlamentinin aşağı palatası - Red) üçün seçkilər ərəfəsində hökumət risk etmək istəmir.
Vurğulanıb ki, artıq bir qrup nazir dəyirmanlara şəkərin xaricə göndərilməsini dərhal dayandırmağı tövsiyə edib.
Hindistanda şəkərin orta pərakəndə satış qiyməti bir il əvvəl 41,31 rupi olduğu halda, hazırda 42,24 rupidir. 2022-23-cü kənd təsərrüfatı ilində (oktyabr-sentyabr - Red) ölkədə əvvəlki kənd təsərrüfatı ilində istehsal edilmiş 35,9 milyon ton şəkərlə müqayisədə 32,7 milyon ton şəkər istehsalı gözlənilir.
Rəsmi məlumatlara görə, cari il üçün müəyyən edilmiş sabit kvotaya uyğun olaraq şəkərin böyük hissəsi artıq daşınsa da, 200 min tona yaxın şəkər hələ də ixrac olunmayıb. (Report)