İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) 2022-ci ildə dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açsıqlayıb.
Eləcə də bax: BVF: AMB-nin valyuta ehtiyatları növbəti beş ildə ortalama 2,2% artacaq - CƏDVƏL
FED.az xəbər verir ki, qərargahı Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) hesabatına əsasən, dünya iqtisadiyyatı 2022-ci ildə ilk dəfə olaraq cari qiymətlərlə 100 trilyon dolları keçməyə hazırlaşır. Yeri gəlmişkən, əvvəlki proqnozlara görə bu hadisə 2 il əvvəl baş verəcəkdi. Belə ki, CEBR keçən il hesablamışdı ki, dünya ÜDM-i ilk dəfə 2024-cü ildə 100 trilyon dolları keçəcək.
Hesabata görə, Çin 2030-cu ilə qədər dünyanın ən böyük iqtisadiyyatı olaraq ABŞ-ı keçəcək. bir il əvvəl isə CEBR Çinin ABŞ-ı 2028-ci ilə qədər keçəcəyini proqnozlaşdırmışdı.
Proqnozda deyilir ki, Çinin iqtisadi artımı 2020-2025-ci illərdə orta hesabla 5,7 faiz, 2026-2030-cu illərdə 4,7 faiz, 2030-2035-ci illərdə isə 3,7 faiz təşkil edəcək.
Dünyanın yeni iqtisadi nəhəngi - Hindistan isə gələn il yenidən dünyanın 6-cı ən böyük iqtisadiyyatı olaraq Fransanın yerini alacaq. 2031-ci ildə isə Hindistan dünyanın 3-cü ən böyük iqtisadiyyata çevriləcək.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya isə 2033-cü ildə Yaponiya iqtisadiyyatını keçəcək.
Ümumilikdə 2036-cı ildə dünyanın ən böyük 10 iqtisadiyyatının sıralaması aşağıdakı kimi olacaq: Çin, ABŞ, Hindistan, Almaniya, Yaponiya, İngiltərə, Fransa, İndoneziya, Braziliya və Rusiya. Kovid-19-dan sonra sürətli iqtisadi artımdan faydalanan ABŞ, Kanada 11, Cənubi Koreya 12, İtaliya 13, Avstraliya 14, İspaniya 15, Meksika 16, Səudiyyə Ərəbistanı 17, Hollandiya 18, Türkiyə 19 və Vyetnam 20-ci yerdədir.
Hesabata görə, Kovid-19-un yaratdığı sağlamlıq və iqtisadi böhrandan sağalma davam etdikcə qlobal ÜDM artacaq, lakin inflyasiya davam edərsə, siyasətçilər üçün iqtisadiyyatların yenidən tənəzzülə düşməsinin qarşısını almaq çətin olacaq. CEBR-in vitse-prezidenti Douglas McWilliams bildirir ki, "2020-ci illər üçün vacib məsələ dünya iqtisadiyyatlarının inflyasiya ilə necə mübarizə aparacağıdır".
Türkiyə iqtisadiyyatı dünyada 19-cu olacaq
CEBR hesabatına görə, dünyanın əksər ölkələrindən fərqli olaraq, Türkiyə iqtisadiyyatı 2020-ci ildə 1,8 faiz artıb, 2021-ci ildə isə 9 faiz daha sürətlə böyüyəcək. Türkiyənin dövlət maliyyəsinin sağlam vəziyyətdə olduğu bildirilən hesabata görə, 2020-ci ildə 39,8 faiz olan ölkənin dövlət borcunun ÜDM-dəki payı 2021-ci ildə 37,8 faizə düşüb.
Türkiyənin iqtisadi artımının 2022-2026-cı illərdə orta hesabla 3,4 faiz, 2027-2036-cı illərdə isə 3,7 faiz olacağını proqnozlaşdıran CEBR, Türkiyənin 2036-cı ildə dünyanın ən böyük iqtisadiyyatları arasında 19-cu yerdə olacağını təxmin edib.