Hindistan hökuməti 2025-ci ilin mart ayının sonuna qədər ölkənin bütün ştatlarında buğda ehtiyatlarının həcminə məhdudiyyətlər qoyub.
Azərbaycanda yeni un növləri satışa çıxarılacaq - VİDEO
FED.az xəbər verir ki, bu barədə Hindistanın İstehlakçı İşləri, Qida və İctimai Paylama Nazirliyi mətbuata açıqlamasında bildirib.
Hindistan hakimiyyətinin qərarı “ərzaq təhlükəsizliyini təmin etmək, buğdanın yığılmasının və onun ədalətsiz spekulyasiyasının qarşısını almaq üçün” qəbul edilib.
Qərara görə, topdan satıcılar üçün inventar (anbar) məhdudiyyəti 3 min ton, hər pərakəndə satış nöqtəsi üçün 10 ton ilə məhdudlaşır. Yəni topdan və pərakəndə satıcılar qeyd olunan limitlərdən daha yüksək həcmlərdə ehtiyat saxlaya bilməyəcəklər.
Hindistanda buğda ehtiyatlarının həcmini məhdudlaşdıran qərar 2025-ci il martın 31-dək qüvvədə qalacaq.
Hüquqi şəxslər ehtiyatlarının vəziyyəti haqqında məlumatı xüsusi hökumət portalında bəyan etməlidirlər. (Marja)