Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına gömrük rüsumlarını azaltmağı xahiş edir. Bu barədə Hindistan KİV-lərində məlumat verilib.
Bu məsələ Hindistanın Qiymətli daşların və zərgərlik məmulatlarının ixracının təşviqi Şurasının (GJEPS) nümayəndələri ilə bu ölkənin Azərbaycandakı səfiri Sancay Rananın görüşü zamanı müzakirə olunub.
Hindistan mətbuatının məlumatına görə, GJEPS nümayəndələri Azərbaycan Maliyyə Nazirliyi ilə gömrük rüsumlarının azaldılması məsələsinin müzakirə olunmasını xahiş ediblər.
Trend©