Dünya düyü ixracının 40%-ni təşkil edən Hindistanın hakimiyyət orqanları Basmati istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.
Azərbaycanda düyü idxalı 15%-dən çox artıb
FED.az xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qadağan olunmuş düyü sortları Hindistan məhsulunun ixracının 25%-ni təşkil edir.
“Basmati istisna olmaqla, tələb olunan həcmdə ağ düyü sortlarının Hindistan bazarında olmasını təmin etmək, həmçinin daxili bazarda qiymət artımını yumşaltmaq üçün Hindistan hökuməti bu sortların ixrac siyasəti qaydalarına dəyişiklik edərək, onların kateqoriyasını “20% rüsumla pulsuz ixrac”dan “qadağan olunmuş”a dəyişdirib.
Qeyd edək ki, Hindistan hökuməti ötən ilin sentyabrında eyni məqsədlə - daxili bazarda mövcud olan düyü həcmlərinə zəmanət vermək və qiymətləri aşağı salmaq məqsədi ilə 20%-lik ixrac rüsumu tətbiq etmişdi.
Buna baxmayaraq, cari ilin aprel-iyun aylarında ölkədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz çox düyü ixrac edilib. Hindistan hakimiyyəti bu cür dinamikanı geosiyasi risklər fonunda dünya bazarında məhsulun yüksək qiymətləri, El Nino təbiət hadisəsinin güclənməsi və istehsalçı ölkələrdə ekstremal hava şəraiti ilə izah edir.