Azərbaycanda elə bir hal yoxdur ki, hansısa rüsum inflyasiya səviyyəsindən yüksək müəyyən edilsin.
Eləcə də bax: Qiymətli kağızların qeydiyyatı üçün - YENİ RÜSUMLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə nail olunub:
“Dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır. İndiyə qədər bu rüsumlar dəfələrlə aşağı olub. Elə hal yoxdur ki, biz inflyasiya səviyyəsindən yüksək rüsum müəyyən edək”.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.